Rusiya ordusu Malidəki üsyançılara qarşı “Harpiya-A1” kamikaze dronunun ən son versiyasından istifadə edib.
Herbiand.az bildirir ki, bu barədə "Polkovnik QŞ" Telegram kanalı xəbər verib.
Analitiklər qeyd ediblər ki, hava partlayıcı döyüş başlığı ilə təchiz olunmuş “KK” seriyalı drondan Sevare şəhəri yaxınlığında istifadə edilib. Drondan “Azavadu” üsyançılarına zərbə endirilib.
Dronun maksimal döyüş başlığının çəkisi 150 kiloqram, maksimal sürəti 185 km/saat-dır. Uçuş məsafəsi 1500 km-ə qədərdir.
Bəxtiyar CƏFƏRLİ