ABŞ Prezidenti Donald Tramp 19 may tarixinə İran İslam Respublikasına qarşı planlaşdırılmış hərbi hücumu təxirə salıb.
Herbiand.az xəbər verir ki, ABŞ lideri bu mesajı 18 may Bazar ertəsi günü Truth Social sosial media platformasında paylaşıb.
Trampın sözlərinə görə, Qətər əmiri Şeyx Təmim bin Həməd Əl-Tani, Səudiyyə Ərəbistanının vəliəhdi və Baş naziri Məhəmməd bin Salman Əl-Səud və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl-Nəhyan ondan hücumu ləğv etməsini istəyiblər.