Rheinmetall AG şirkəti 500 milyon avro (580 milyon dollar) məbləğində yeni borc buraxmağa başlayıb. Bu, 2010-cu ildən bəri ilk dəfə açıq istiqraz təklifidir.
Herbiand.az bildirir ki, bu barədə Bloomberg nəşri xəbər verib.
Məlumata görə, silah istehsalçısı ilkin qiymət danışıqları zamanı aralıq svoplar üzərində təxminən 100 bazis bal mükafatı ilə beş illik yüksək səviyyəli təminatsız istiqrazlar təklif edir.
Şirkət rəsmisi bildirib ki, təklifdən əldə edilən gəlir qarşıdakı borc ödənişlərinin yenidən maliyyələşdirilməsi də daxil olmaqla ümumi korporativ məqsədlər üçün istifadə olunacaq.
Bəxtiyar CƏFƏRLİ