Çin, üç heyət üzvü ilə birlikdə "Şençjou-23" pilotlu kosmik gəmisini “Tianqonq” orbital stansiyasına göndərdi.
Herbiand.az "Xinhua" agentliyinə istinadən xəbər verir ki, Çin astronavtları bir il kosmosda qalacaq və ölkə üçün rekord qıracaqlar.
Üç astronavtın Pekin vaxtı ilə səhər saat 5:13-də “Tianqonq” (Səmavi Saray) kosmik stansiyasına gəldiyini bildirib. Onlar orbitdə 205 gün qalan üç astronavtı əvəz edəcəklər. Bu günə qədər Çin kosmosa 30 astronavt göndərib. "Şençjou-23" heyəti 100-dən çox yeni elmi və tətbiqi layihə həyata keçirəcək və uzunmüddətli kosmik uçuşların insan bədəninə təsirini öyrənəcək.
"Associated Press" və "Reuters" agentlikləri bildirirlər ki, astronavtlardan yalnız biri orbitdə bir il qalacaq və bu, bu missiyanı tarixin ən uzun missiyalarından birinə çevirir. Hazırda kosmosda ən uzun müddət xidmət edən astronavt 1994-1995-ci illər arasında orbitdə 437 gün keçirən rusiyalı kosmonavt Valeri Polyakovdur.