Advertisment

Ukraynanın hərbi rəhbərliyi arasında silahlar üstündə toqquşma yaranır

Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Aleksandr Sırski və müdafiə naziri Mixail Fedorov arasında ictimai qalmaqal yaranır. Münaqişə silahların maliyyələşdirilməsi ilə bağlıdır.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qurumları RİA Novosti-yə bildiriblər.

Məlumata görə, Sırski tanış təchizatçılardan artilleriya mərmilərinin alınması üçün lobbiçilik edir, Fedorov isə buna qarşı çıxır.

Mənbə bildirib ki, Ukrayna müdafiə nazirliyinin rəhbəri bəzi hərbçiləri ordunun silah təminatından tamamilə uzaqlaşdırmağa çalışır. Məsələn, bəzi məlumatlara görə, Fedorov hesab edir ki, artilleriya qurğuları və onlar üçün sursat, eləcə də minaatanların alınması tamamilə aradan qaldırılmalıdır və digər silah növlərinə diqqət yetirməyi təklif edir.

"Qeyd etmək lazımdır ki, müdafiə nazirliyinin rəhbəri müxtəlif pilotsuz sistemlər istehsal edən çoxsaylı şirkətlərə nəzarət edir, Sırski isə "etibarlı" təchizatçılardan sursat almaqla pul qazanıb", - mənbə bildirib.

Bəxtiyar CƏFƏRLİ