Advertisment

Rusiyanın Ukraynaya hücumları davam edir

25 may Bazar ertəsi səhəri Rusiya qoşunları Ukraynanın bölgələrinə hücum edib.

HHerbiand.az xəbər verir ki, Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının rəhbəri Aleksandr Qanjanın sözlərinə görə, Rusiyanın Dnepropetrovsk vilayətinin Pavloqrad şəhərində çoxmərtəbəli binaya endirdiyi zərbə nəticəsində on nəfər yaralanıb.

Onun sözlərinə görə, yaralananlar arasında altı yaşlı oğlan da var; o, ambulator müalicə alır. Daha dörd nəfər xəstəxanaya yerləşdirilib, onlardan üçünün vəziyyəti ağırdır.