Advertisment

Köçəryan: Ararat dağının təsvirini pasportlarda bərpa edəcəyik

Biz Ermənistan vətəndaşlarının pasportlarında Ararat dağının təsvirini bərpa edəcəyik.

Herbiand.az xəbər verir ki, bunu Ermənistanın ikinci prezidenti və “Ermənistan” blokundan baş nazirliyə namizəd olan Robert Köçəryan Vayk sakinləri ilə görüşdə bildirib.

Hakimiyyət orqanlarının Ararat dağını gömrük möhürlərindən çıxarması ilə bağlı suala cavab olaraq Köçəryan qeyd edib ki, əgər hakimiyyət ədalətli davransaydı xarici işlər naziri Ararat Mirzoyanın adı ilə başlayardı.

"Hər şeyi qaytaracağıq. Bu, müəyyən məbləğə başa gələcək. Amma düşünürəm ki, Araratı pasportlarımıza qaytarmağa kömək edəcək xeyriyyəçilər, xüsusilə də diaspora olacaq", - Köçəryan qeyd edib.

Bəxtiyar CƏFƏRLİ