Advertisment

Tramp müharibə cinayətlərinin araşdırılmasına ayrılan vəsaiti azaldıb

2025-ci ilin yanvar ayında Tramp administrasiyası müharibə cinayətlərinin araşdırılması ilə bağlı layihələrin maliyyələşdirilməsini "on milyonlarla dollar" azaldıb.

Herbiand.az xəbər verir ki, bu barədə “Reuters” agentliyinin 31 mayda mçəlumat yayıb.

Agentlik ABŞ hökumətinin hesabatları və səkkizi keçmiş və hazırkı ABŞ rəsmiləri də daxil olan iyirmidən çox mənbə ilə apardığı araşdırmadan sonra 2022-ci ildən bəri ABŞ hökuməti bu məqsədlər üçün 283 milyon dollardan çox vəsait ayırdığını və bu vəsaitin ən böyük hissəsinin Ukrayna tərəfi olduğunu açkar edib.

Reuters agentliyinə yüksək vəzifəli bir Ukrayna rəsmisi bildirib ki, Tramp dövründə tətbiq edilən ixtisarlar müharibə cinayətlərini araşdıran bütün Ukrayna layihələrinin təxminən yarısına təsir edib. Bundan əlavə, agentlik müəyyən edib ki, 2022-ci ildən bəri ABŞ maliyyələşdirməsinin ən azı 40%-ni təşkil edən bu cür proqramlar müxtəlif ölkələrdə bağlanıb və ya yenilənmədən dayandırılıb.

Maliyyələşdirməsinin kəsilməsinin şahidi olan təşkilatlar arasında Yel İctimai Səhiyyə Məktəbindəki Humanitar Tədqiqatlar Laboratoriyası da var. Onun araşdırmaları döyüş zonalarında və ya müharibə zamanı Ukrayna şəhərlərinin Rusiya tərəfindən işğalı zamanı itkin düşmüş uşaqların tapılmasına kömək edib. Laboratoriya rəhbərliyinin sözlərinə görə, ABŞ Dövlət Departamenti 8 milyon dollarlıq maliyyələşdirməsini dayandırdığı üçün onun işi üçün lazım olan maliyyələşdirmə avqust ayında bitəcək.