Advertisment

Rusiya dekabra qədər təyyarə yanacağının ixracını dayandırdı

Ukrayna Silahlı Qüvvələrinin neft emalı zavodlarına və digər enerji infrastrukturuna zərbələri fonunda Rusiya 30 noyabr tarixinə qədər təyyarə yanacağının ixracını qadağan etdiyini açıqladı.

Herbiand.az xəbər verir ki, bununla bağlı Rusiya Nazirlər Kabinetinin mətbuat xidməti məlumatında qeyd olunur ki, tədbir daxili yanacaq bazarında sabitliyi təmin etmək məqsədi daşıyır.

Qadağa həmçinin birjalarda alınan təyyarə yanacağına da aiddir. İstisnalar təyyarə saxlama çənlərində saxlanılan yanacaq, fərman qüvvəyə minməzdən əvvəl gömrük rəsmiləşdirilməsindən keçirilmiş kerosin daşınması və hökumətlərarası müqavilələr çərçivəsində çatdırılmalar üçündür.

Rusiya əsasən dəmir yolu ilə Orta Asiya ölkələrinə - əsasən Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistana təyyarə yanacağı ixrac edir.