Advertisment

Pentaqon 6-cı nəsil qırıcı layihəsi üçün maliyyələşdirməni artırır

ABŞ Hərbi Hava Qüvvələri 2027-ci maliyyə ilində F-47 yeni nəsil qırıcısının inkişafı üçün maliyyələşdirməni 65% artırıb. Layihə artıq dizayn və tikinti mərhələsinə daxil olub.

Herbiand.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi ABŞ ordusunun büdcə sənədlərinə istinadən məlumat verib.

Layihə 2026-cı maliyyə ilində 3,05 milyard dollar, 2027-ci ildə isə 5,04 milyard dollar tələb edib.

2027-ci il büdcəsindən 4,92 milyard dollar təyyarənin inkişafı və sınaqları üçün ayrılıb. Proqramın inzibati dəstəyi üçün əlavə 116,8 milyon dollar ayrılıb.

Maliyyələşdirmə qarşıdakı illərdə də yüksək olaraq qalacaq.

Bəxtiyar CƏFƏRLİ