Advertisment

Göyçə gölündə suyun səviyyəsi qalxıb

May ayı ərzində Göyçə gölündə suyun səviyyəsi 16 sm qalxıb.

Herbiand.az xəbər verir ki, Ermənistan Ətraf Mühit və Təbii Sərvətlər Nazirliyinin Hidrometeorologiya və Monitorinq Mərkəzinin yaydığı məlumata görə hazırda göldə suyun səviyyəsi dəniz səviyyəsindən 1900 metr 57 sm hündürdür.

Ötən illə müqayisədə bu 18 sm azdır. 1 iyun 2025-ci il tarixdə göldə suyun səviyyəsi dəniz səviyyəsindən 1900 metr 75 sm hündür olub.