2007-ci ildə ləğv edilmiş Çelyabinsk Ali Tank Komandanlıq Məktəbi yenidən yaradılacaq.
Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi hüquqi aktlar portalında dərc olunmuş müvafiq Rusiya hökumət sərəncamına istinadən məlumat verib.
Müəssisənin əsas məqsədləri ali təhsil proqramlarını, orta peşə təhsilini, əlavə peşə proqramlarını, eləcə də müdafiə maraqları naminə elmi və tədqiqat fəaliyyətlərini həyata keçirmək olacaq.
Hökumət sərəncamına əsasən, Rusiya Müdafiə Nazirliyi avqustun 1-dək təşkilati tədbirləri başa çatdırmalı, dörd ay ərzində müəssisənin nizamnaməsini təsdiqləməli, dövlət qeydiyyatına alınmasını təmin etməli və altı ay ərzində məktəbə daşınmaz əmlak təyin etməlidir.
Bəxtiyar CƏFƏRLİ