Hətta 6 oktyabr 2022-ci il tarixində Praqa bəyannaməsinin imzalanmasından əvvəl də Qarabağ şübhəsiz ki, mövcud strukturu qorumaqla xilas edilə bilərdi.
Herbiand.az xəbər verir ki, bunu “Ermənistan” blokundan baş nazirliyə namizəd olan ölkənin ikinci prezidenti Robert Köçəryan Rusiyanın RBK kanalına verdiyi müsahibədə bildirib.
Onun sözlərinə görə, Ermənistan hakimiyyətinin Qarabağda baş verənlərə çox sadə bir izahı var: "Orada rus sülhməramlıları var idi, niyə onlar erməniləri qorumadılar?"
Köçəryan əlavə edib ki, Rusiya ilə məsləhətləşmədən Nikol Paşinyanın 6 oktyabr 2022-ci ildə Qarabağı Azərbaycanın bir hissəsi kimi tanıyan bəyanat imzalaması səbəbindən Qarabağ itirilib.
Keçmiş prezident vurğulayıb ki, hakimiyyət günahı Rusiyanın üzərinə çox uğurla atıb və təbliğat baxımından bu, işə yarayıb: "Əgər Azərbaycanın bütün Qarabağı ələ keçirmək planları var idisə, onda niyə Bakı Füzulidə hava limanı tikib və bu qədər pul yatırıb? Qarabağ təslim edilməzdən əvvəl Bakı Füzulidən Şuşaya yol, tunellər, yol ötürücüləri və s. tikib. Əgər onlar uğur qazanacaqlarına əmin idilərsə, niyə bu qədər pul yatırılıb? Azərbaycan bu strukturun uzunmüddətli davamlılığına ümid edirdi".
Baş nazirliyə namizəd olan Köçəryan xüsusən bunu qeyd edib: "Siyasəti ilə üç müharibəyə səbəb olan, Ermənistanın 200 kvadrat kilometrdən çox suveren ərazisini təslim edən və Qarabağ müharibəsini qızışdıran adam mənim gəlişimlə müharibə olacağını deyir".
Bəxtiyar CƏFƏRLİ