Rusiya Aerokosmik Qüvvələrinin iki hərbi-nəqliyyat aviasiya alayı İl-76MD-nin təkmilləşdirilmiş variantı olan İl-76-MD-90A ağır təyyarələrinə keçidi başa çatdırıb.
Herbiand.az xəbər verir ki, bu barədə Hərbi Nəqliyyat Aviasiyasının komandanı, general-leytenant Vladimir Benediktov "Krasnaya zvezda" qəzetinə verdiyi müsahibədə bildirib.
"2025-ci ildə dövlət müdafiə sifarişimiz tam yerinə yetirildi. İki alayın yenidən təchiz edilməsi üçün artıq İl-76MD-90A təyyarələri aldıq", - general-leytenant bildirib.
O, əlavə edib ki, əvvəllər istismara verilmiş təyyarələr də modernləşdirilir: “İl-76MD xəttindən ən perspektivli təyyarələr İl-76-MD-M-ə təkmilləşdirilir”.
Bəxtiyar CƏFƏRLİ