Advertisment

Sinqapur Prezidenti Azərbaycan liderinə təbrik ünvanlayıb

Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

Herbiand.az xəbər verir ki, təbrikdə deyilir:

“Zati-aliləri.

Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə və xalqınıza Sinqapur xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram.

Ölkənizə davamlı sülh, tərəqqi və rifah arzu edirəm”.