Advertisment

Putinin təhdidlərindən sonra Rusiyanın Ukraynaya zərbəsi: İÖlən və xəsarət alanlar var

Rusiya 2 iyun çərşənbə axşamı gecəsi Ukrayna şəhərlərinə kütləvi pilotsuz təyyarə və ballistik raket zərbələri endirib.

Herbiand.az xəbər verir ki, Ukrayna Hərbi Hava Qüvvələrinin məlumatına görə, Rusiya ordusu Xəzər dənizindən Kalibr kruiz raketləri atıb.

Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, Rusiya hücumundan sonra dörd nəfər ölüb, 51 nəfər yaralanıb və 35 nəfər xəstəxanaya yerləşdirilib. Şəhərin üç rayonunda elektrik kəsintiləri qeydə alınıb. Kiyev Şəhər Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko bildirib ki, vurulan raketin qalıqları Podolsk rayonundakı yaşayış binasının damına düşərək yanğına səbəb olub.

Yerli Regional Hərbi Administrasiyanın (OVA) rəhbəri Oleksandr Qanjanın sözlərinə görə, Dnepr şəhərində Rusiyanın hücumu nəticəsində 73 yaşlı qadın da daxil olmaqla beş nəfər həlak olub, 25 nəfər yaralanıb. O bildirib ki, zərbələrdən biri yaşayış məntəqəsinə dəyib və yanğına səbəb olub.

Yerli OVA-nın rəhbəri İqor Terexov Telegram-da yazıb ki, Xarkovun iki rayonunda atılan atəş nəticəsində 11 yaşlı qız da daxil olmaqla altı nəfər yaralanıb.