Advertisment

İtaliya donanması üçün PPA sinifli əlavə patrul gəmisi hazırlanır

İtaliyanın Genuya şəhəri yaxınlığında yerləşən Riva-Triqozodakı Fincantieri gəmiqayırma zavodunda PPA sinifli 8-ci çoxməqsədli patrul gəmisinin kili qoyulub.

Herbiand.az bildirir ki, bu hadisə gəminin gövdəsində tikinti işlərinin rəsmi başlanğıcını və ilk blokunun hazırlığının göstəricisidir.

2015-ci ildə başlayan İtaliya Hərbi Dəniz Qüvvələrinin modernləşdirmə proqramına PPA sinifli 7 gəminin alınması daxil idi. PPA sinifli gəmilərin tikinti proqramı Avropa Silahlanma üzrə Əməkdaşlıq Təşkilatının himayəsi altında həyata keçirilir.

Gəminin gövdəsinin uzunluğu 143 metr, eni isə 16,5 metrdir. Heyət 173 nəfərdən ibarətdir (əlavə 30 nəfər yerləşdirilə bilər).

Silahlanmaya 16 ədəd “Aster-15/30” zenit raketi olan SYLVER A50 şaquli buraxılış sistemi, “Teseo” gəmi əleyhinə raket sistemi, 127 mm-lik Leonardo topu, 76 mm-lik idarə olunan raket qurğusu, iki 25 mm-lik məsafədən idarə olunan artilleriya sistemi və iki 324 mm-lik üçlü borulu torpedo buraxılış qurğusu daxildir.

Anqarda iki NH-90 və ya bir AW-101 helikopteri yerləşdirilə bilər.

Bəxtiyar CƏFƏRLİ