Advertisment

Rusiyada işəgötürənlər keçmiş hərbçiləri işə götürərkən dövlət subsidiyası ala biləcəklər

Rusiyada işəgötürənlər keçmiş hərbçiləri, xüsusi əməliyyat iştirakçılarını, onların ailə üzvlərini və digər imtiyazlı vətəndaş kateqoriyalarını işə götürərkən dövlət subsidiyası ala bilərlər.

Herbiand.az bildirir ki, bu barədə Rusiyanın Əmək və Sosial Müdafiə Nazirliyinin Max platformasında məlumat verilib.

"Subsidiyanı keçmiş hərbçilər və onların ailə üzvləri, xüsusi hərbi əməliyyat iştirakçıları və döyüş zamanı həlak olan xüsusi hərbi əməliyyat iştirakçılarının ailə üzvlərini işə götürərkən almaq mümkündür", - bəyanatda deyilir.

Qeyd edilib ki, ödəniş həmçinin tək valideynlərin, yetkinlik yaşına çatmayanları və ya əlil uşaqları övladlığa götürən valideynlərin və qəyyumların, çoxuşaqlı valideynlərin, əlil vətəndaşların və həbsxanadan azad edilmiş şəxslərin işə götürülməsi üçün də təmin edilir.

Bəxtiyar CƏFƏRLİ