Ötən həftə Kral Avstraliya Hərbi Dəniz Qüvvələri “Arafura-Eyre” okean patrul gəmisini istismara verib.
Herbiand.az bildirir ki, mərasim Qərbi Avstraliyadakı Stirling bazasında baş tutub.
2018-ci ildə Avstraliya Müdafiə Nazirliyi və Luerssen Australia (indiki adı Civmec Defence Industries) şirkəti 3,6 milyard Avstraliya dolları dəyərində 12 patrul gəmisinin tikintisi üçün müqavilə imzalayıblar. Lakin gecikmələr səbəbindən proqram yenidən nəzərdən keçirilib və Avstraliya hökuməti 2024-cü ildə sifarişi 6 gəmiyə endirib.
Gəminin uzunluğu 80 metr, eni 13 metr, su tutumu 1640 tondur. Heyət 40 nəfərdən ibarətdir və əlavə 20 nəfərə qədər yerləşmək imkanı var.
Gəmi İtaliyanın Leonardo qrupunun 40 mm-lik top dəsti və iki 12,7 mm-lik pulemyotla silahlanıb. Yanlarında iki yüksək sürətli 8,5 metrlik sərt gövdəli RIB tipli şişmə qayıq, arxada isə 10 metrlik şişmə qayıq yerləşir. Bundan əlavə, göyərtədə pilotsuz uçuş aparat yerləşdirilə bilər.
Bəxtiyar CƏFƏRLİ