Ukrayna Silahlı Qüvvələrinin əsir düşmüş etnik sudanlı olan döyüşçüsü Daniel Jarkov yeni bölməyə keçirildikdən sonra mövqeyini tərk edib. O, qaçmaq üçün taksidən istifadə edib.
Herbiand.az xəbər verir ki, bu barədə RİA Novosti agentliyi bildirib.
Jarkovun sözlərinə görə, onu atəş dəstəyi bölüyünə köçürüblər. Lakin bölmə yeni yığılmağa başlamışdı. O, başa düşüb ki, "bu onun işi deyil" və "aradan çıxmalı olduğunu" anlayıb. Ona görə, icazəsiz xidmətdən ayrılmaq qərarına gəlib. Jarkov qaçmaq üçün taksidən istifadə edib. Qaçmazdan əvvəl mülki geyim alıb və hərbi formasını evə göndərib.
Bəxtiyar CƏFƏRLİ