Advertisment

Rusiya ordusu yük maşınlarını PUA-dan qorumaq üçün yeni kamuflyajı sınaqdan keçirir - FOTO

Rusiya Silahlı Qüvvələri hərbi nəqliyyat vasitələrini süni intellektlə idarə olunan avtonom dronların hücumlarından qorumaq üçün hazırlanmış yeni kamuflyaj modelini sınaqdan keçirməyə başlayıb.

Herbiand.az bildirir ki, bu cür fotolar internetdə yayılıb.

Fotolarda hərbi KamAZ və Ural yük maşınlarının qeyri-adi zolaqlı naxışla rəngləndiyi görünür. Hərbi personal nəqliyyat vasitələrinin üzərinə ağ xətlər çəkərək "zebra" effekti yaradır. Hesab olunur ki, bu cür kamuflyaj olunmuş maşın görmə qabiliyyəti ilə təchiz olunmuş dronlara hədəfləri tanımağa və buna görə də onlara hücum edib-etməmək barədə qərar verməsinə mane ola bilər.

Bəxtiyar CƏFƏRLİ