NATO Rumıniyada yaşayış binasına pilotsuz təyyarənin düşməsindən sonra şərq cinahında mövcudluğunu artırmaq niyyətindədir.
Herbiand.az xarici mənbələrə istinadın xəbər verir ki, bunu alyansın Hərbi Komitəsinin sədri Cüzeppe Kavo Draqone bildirib.
Admiral "Əl-Ərəbiyyə"yə verdiyi müsahibədə NATO-nun artıq şərq sərhədlərini gücləndirmək üçün addımlar atdığını və bütün üzv dövlətlərin ərazisini müdafiə etməyə sadiq qaldığını vurğulayıb.
O bildirib ki, alyans həmçinin Baltik dənizini Qara dənizlə birləşdirəcək bir sistem yaratmaq üzərində işləyir. Lakin Draqone hansı qüvvələrin yerləşdiriləcəyini və nə vaxt yerləşdiriləcəyini dəqiqləşdirməyib.