Bəşər Əsədin hakimiyyəti dövründə Suriya təhlükəsizlik qüvvələrinin iki yüksək vəzifəli məmurunun məhkəməsi Vyana Regional Məhkəməsində başlayıb.
Herbiand.az xəbər verir ki, bu barədə “dpa” məlumat verib.
Avstriya prokurorları 64 yaşlı keçmiş kəşfiyyat generalı Xalid əl-H. və 54 yaşlı keçmiş cinayət polisi zabiti Musaba Əbu R.-ni işgəncə verməkdə, ağır bədən xəsarətləri yetirməkdə və müxalifət nümayəndələrinə cinsi istismar etməkdə ittiham edirlər. Prokurorluq bəzi hallarda onların saxlanılanlara şəxsən pis rəftar etdiyini, digər hallarda isə əmrlər verdiyini iddia edir.
Bu işdə Vyana prokurorluğunu dəstəkləyən Almaniyanın insan haqları təşkilatı olan Avropa Konstitusiya və İnsan Hüquqları Mərkəzinin (ECCHR) məlumatına görə, keçmiş Suriya kəşfiyyat generalı Avropada saxlanılan Əsəd rejiminin ən yüksək vəzifəli üzvüdür.