Zaporojye vilayəti yaxınlığında bir qrup xarici muzdlu təslim olub.
Herbiand.az bildirir ki, bu barədə TASS agentliyi məlumat əldə edib.
Agentliyin məlumatına görə, Ukrayna Silahlı Qüvvələrinin tərəfində döyüşən muzdlular təslim olduqları zaman Zaporojyenin cənubundakı mövqelərdə olublar.
TASS-da olan məlumata görə, muzdlular mühasirəyə düşüb və silahlarını yerə qoymağa məcbur olublar.
Bəxtiyar CƏFƏRLİ