SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərməkdə təqsirləndirilən şəxslər barəsində məhkəmə hökmü elan edilib.
Həbs edilənlərdən biri “Səs” qəzetinin əməkdaşı, sosioloq Elçin Bayramlıdır. Məhkəmənin qərarına əsasən, o, 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Məsələ ilə bağlı E. Bayramlının həyat yoldaşı, jurnalist Lalə Mehralı Gununsesi.info-nun sorğusuna cavab olaraq mövzu barədə danışmaq istəmədiyini bildirib.
Qeyd olunur ki, Elçin Bayramlı son dövrlərdə müxtəlif ictimai-siyasi mövzularda verdiyi açıqlamalarla gündəmdə olub və bəzi çıxışlarında Sovet dövrünü müsbət qiymətləndirib.
Nizami Rayon Məhkəməsinin hökmünə əsasən, E. Bayramlı ilə yanaşı İbrahim Əsədli və Abdulla İbrahimli hər biri 2 il, Mehman Zeynalov isə 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.