Advertisment

Britaniya donanmasının qadın zabiti cinsi hərəkətlərinə görə məhkum edilib

Britaniya donanmasının 25 yaşlı zabiti Saysan Dousett xidməti yoldaşlarına qarşı cinsi qısnamaya görə bir il yarım müddətinə həbs cəzasına məhkum edilib.

Herbiand.az xarici mətbuata istinadən bildirir ki, Dousett Kral Dəniz Qüvvələrinin esmineslərinin birində kiçik zabit vəzifəsində xidmət edib.

Məhkəmə onun gəmidə ən azı dörd nəfərə cinsi qısnama etdiyini müəyyən edib. Zabit onlara hakim olmaqdan və utandırmaqdan həzz alıb.

Qurbanlardan biri bildirib ki, o, son dərəcə qorxulu bir personaj idi və insanlara qışqırırdı. Onların sözlərinə görə, qadının qəzəbindən qorxduqları üçün hadisə barədə heç kimə deməyiblər.

Bəxtiyar CƏFƏRLİ