Advertisment

SpaceX-in Falcon 9 raketinin bir hissəsi Aya düşüb

SpaceX şirkətinə məxsus Falcon 9 raketinin yuxarı pilləsi proqnozlaşdırıldığı kimi Ay səthinə çırpılıb.

Məlumata görə, toqquşma faktı avqustun 5-də Çilidə yerləşən Avropa Cənub Rəsədxanası (ESO) tərəfindən təsdiqlənib. Alimlər Çox Böyük Teleskopun (VLT) müşahidələri zamanı toqquşmanı təsdiqləyən spektral izləri qeydə alıblar.

Bundan əvvəl NASA raket parçasının Ay səthinə düşdüyü ərazinin görüntülərini əldə etməyi planlaşdırdığını açıqlamışdı. Bununla belə, çəkilmiş şəkillərin Yerə ötürülməsinin bir neçə gün çəkə biləcəyi bildirilib.

NASA-nın hesablamalarına əsasən, zərbə nəticəsində Ay səthində təxminən 18 metr diametrində4 metr dərinliyində krater yaranmalıdır.

İlkin proqnozlara görə, toqquşma Ayın EynşteynBell kraterləri yaxınlığında baş verib. NASA hadisənin nəticələrini dəqiqləşdirmək üçün müşahidələrini davam etdirir.