Advertisment

Ermənistanda üç nazirliyin adının dəyişdirilməsi təklif olunur

Ermənistan hökuməti üç nazirliyin adının dəyişdirilməsi ilə bağlı təşəbbüs irəli sürüb.

Məsələ avqustun 6-da keçirilən hökumət iclasının əlavə gündəliyinə daxil edilib.

Təklifə əsasən, Xarici İşlər Nazirliyinin adı Xarici İşlər və Beynəlxalq Ticarət Nazirliyi, Yüksək Texnologiyalar Sənayesi Nazirliyinin adı Yüksək Texnologiyalar Sənayesi və Süni İntellekt Nazirliyi, Əmək və Sosial Məsələlər Nazirliyinin adı isə Əmək və Sosial Təminat Nazirliyi olaraq dəyişdiriləcək.

Hökumət hesab edir ki, yeni adlar müvafiq qurumların fəaliyyət istiqamətlərini daha dəqiq əks etdirəcək və onların səlahiyyət sahələrinə uyğun olacaq.

Nazirliklərin adlarının dəyişdirilməsi ilə bağlı təkliflərin qanunvericilik prosedurlarına uyğun olaraq baxılması nəzərdə tutulur.