Advertisment

Ermənistanda II Dünya Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidə köçürülür

Ermənistan hakimiyyəti Böyük Vətən Müharibəsində həlak olanların xatirəsinə ucaldılan abidənin köçürülməsini təsdiqləyib. Abidə hazırda Şirak bölgəsinin Artik şəhərindəki Azadlıq Meydanında yerləşir.

Herbiand.az bu barədə Armenpress nəşrinə istinadən xəbər verir.

Abidə söküldükdən sonra Dostluq Parkına köçürüləcək. Orada bərpa işlərinin aparılacağı bildirilir. Təşəbbüs müəllifləri bu qərarın ərazinin qorunması ilə bağlı narahatlıqdan irəli gəldiyini izah ediblər. Bundan əlavə, yeni yer abidəni sakinlər və qonaqlar üçün daha əlçatan edəcək və vizual cəlbediciliyi yaxşılaşdırılacaq.

Bəxtiyar CƏFƏRLİ