Ukrayna elektron müharibə sistemləri Rusiyanın “Qeran” reaktiv dronlarının modernləşdirilməsi səbəbindən yeni çətinliklə üzləşir.
Herbiand.az bildirir ki, bu barədə Ukrayna prezidenti Vladimir Zelenskinin müşaviri Sergey Beskrestnov deyib.
Onun sözlərinə görə, Rusiyanın bu tip reaktiv mühərrikli PUA-larının yarıdan çoxu avtomatik hədəf toplama sistemi ilə təchiz olunub. Güclü zum kameraları sayəsində operator yalnız təxminən beş-altı kilometr məsafədən istənilən hədəfi aşkarlamalı, təcrid etməli və ona bağlanmalıdır.
Beskrestnov qeyd edib ki, Ukrayna elektron müharibəsinin inkişafına cavab olaraq Rusiya PUA-larının optik sistemlərini təkmilləşdirir.
Bəxtiyar CƏFƏRLİ