Advertisment

Beskrestnov: Rusiya ordusu Ukrayna logistika mərkəzlərinə və anbarlara zərbələri gücləndirəcək

Rusiya qoşunları Ukrayna logistika mərkəzlərinə və anbarlarına zərbələrinin intensivliyini tamamilə artıra bilər.

Herbiand.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin müşaviri Sergey Beskrestnov Telegram kanalında yazıb.

O qeyd edib ki, Rusiya Silahlı Qüvvələri hər ay Ukraynadakı hədəflərə qarşı 100-ə qədər ballistik raketdən istifadə edə bilir: "Tükəndirici müharibə növbəti mərhələsinə qədəm qoyub. Düşmən hər şeyə hücum edir: pərakəndə satış anbarları, ərzaq anbarları, logistika mərkəzləri, fabriklər və tikinti materialları anbarları".

Bəxtiyar CƏFƏRLİ