Advertisment

Polşa Kalininqrad sərhədi yaxınlığındakı diviziyanı tanklarla gücləndirir

Polşa Cənubi Koreyadan yeni K2 Black Panther tankları alıb. Texnikalar Rusiyanın Kalininqrad vilayəti yaxınlığındakı hərbi bazada yerləşən bölməyə göndərilib.

Herbiand.az bildirir ki, bu məlumatı Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış açıqlayıb.

O, sözügedən müqavilənin 1 avqust 2025-ci ildə imzalanan K2 və K2PL modellərinə aid olduğunu deyib. Müdafiə nazirinin sözlərinə görə, artıq ölkəyə 28 ədəd K2 tankı gəlib. Onları 16-cı mexanikləşdirilmiş diviziyaya göndəriblər.

Bəxtiyar CƏFƏRLİ