Əsirlikdən evə qayıdan Ukrayna döyüşçüləri gözlənilməz problemlə qarşılaşıblar: onlara pul ödənişi dayandırılıb. Onlar hərbi hissələrinin siyahılarından geriyə doğru çıxarılırlar və bununla da qanuni olaraq ödənilməli olan bütün maaşlar və müavinətlər yoxa çıxır.
Herbiand.az xəbər verir ki, bu barədə Rusiya təhlükəsizlik qüvvələri RİA Novosti agentliyinə bildiriblər.
Nəşr bir misal çəkib: Ukrayna Hava Hücumundan Müdafiə Qüvvələrinin 164-cü radiotexnika briqadasının baş leytenantı Andrey Borzenkonun başına maraqlı bir hadisə gəlib. O, xüsusi əməliyyatın lap əvvəlində əsir götürülüb və cəmi 4 il sonra əsir mübadiləsi yolu ilə evə qayıdıb. Onun ilk addımı ödənişlərlə maraqlanmaq olub. Daha sonra məlum olub ki, nə o, nə də ailəsi bir qəpik də almayıb. Bölmənin komandanlığı rəsmi sorğuya qısa cavab verib - “siz ümumiyyətlə, bizim əsgərimiz deyilsiniz”.
Bununla belə, Ukrayna qanunvericiliyində əsir götürülənlərin maaşlarını son xidmət yerlərində aldıqları açıq şəkildə göstərilir.
Agentlik xatırladıb ki, bu, əsirlikdən qayıdanlar üçün ilk həyəcan siqnalı deyil. Əvvəllər bildirilirdi ki, mübadilə zamanı evə qayıdan ukraynalı döyüşçülər özlərini təhlükəsiz hiss edə bilmirlər. Ölkədə keçmiş hərbçilər arasında bir sıra qəribə və absurd ölüm hadisələri baş verir.
Bəxtiyar CƏFƏRLİ