Advertisment

Ella Pamfilova: MSK üzvləri və ailələri təhdidlər alır

MSK üzvləri, onların ailələri və uşaqları təhdidlər alır. Seçki təşkilatçılarına bu şəkildə təzyiq göstərməyə çalışanların cəzası qaçılmaz olacaq.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Seçki Komissiyasının sədri Ella Pamfilova bildirib.

"Seçki təşkilatçılarına və onların ailələrinə qeyri-şəxsi təhdidlər göndərilir. İnanıram ki, layiq olduqları cəza qaçılmaz olacaq", - MSK sədri deyib.

Pamfilova həmçinin, bir neçə saxta Telegram kanalının rəsmi resurslar kimi maskalanaraq səsvermə ilə bağlı yalanlar yaydığını da açıqlayıb. O, qeyd edib ki, fırıldaqçılar müxtəlif rəqəmsal resursların istifadəyə verildiyini elan edir və seçiciləri çaşdırırlar.

Bəxtiyar CƏFƏRLİ