Türkiyənin Birinci Liqasında çıxış edən “Bandırmaspor” futbol klubunun oyunçusu Tolqa Kalender vəfat edib. Herbiand.az xəbər verir ki, 25 yaşlı futbolçu müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
“Dəyərli futbolçusumuz Tolqa Kalenderin vəfatı xəbərini dərin kədər hissi ilə öyrəndik. Gənc yaşında aramızdan ayrılan futbolçumuza Allahdan rəhmət diləyirik.
Başda ailəsi olmaqla, yaxınlarına, komanda yoldaşlarına, sevənlərinə və bütün Bandırmaspor cameəsinə başsağlığı veririk.
Kədərimiz böyükdür. Məkanı cənnət olsun”-klubun yaydığı açıqlamada belə deyilir.
Məlumata görə, mərhum Adanadakı Kabasakal qəbiristanlığında dəfn ediləcək.
E.Cəfərli