Advertisment

Bakıda Sovet dövrünü xatırladan qəribə klinika adı -FOTO

Bakının Nərimanov rayonunda yerləşən ev heyvanları klinikasının adı diqqət çəkir. Qeyd edək ki, klinikanın adında işlədilən “Qorsovet” ifadəsi rus dilində “Şəhər soveti” mənasını verir.

Sovet dövrünü xatırladan ifadələrin bu gün də bəzi obyektlərin adlarında yaşadılması qəribə görünür.

Məlum olduğu kimi, sovet hakimiyyəti illərində “sovet” sözü müxtəlif dövlət və yerli idarəetmə qurumlarının adlarında geniş istifadə olunurdu.

1917-ci il inqilabından sonra formalaşan sovetlər SSRİ-nin siyasi və inzibati idarəetmə sisteminin əsas elementlərindən birinə çevrilmişdi. SSRİ 1991-ci ildə dağılıb və bu gün Azərbaycanda “sovet” adlı hər hansı dövlət qurumu mövcud deyil. Elə isə klinikanın sahibləri niyə məhz sovet dövrünə xas olan belə bir ad seçiblər?

Daha maraqlısı isə odur ki, “Qorsovet” adının ev heyvanlarının müalicə olunduğu baytarlıq klinikasına verilməsi heç də məntiqli görünmür.

Klinikadan bu adın mənasını soruşduq. Telefona cavab verən əməkdaş bildirdi ki, bu adın xüsusi mənası yoxdur: “Addır da seçmişik. Sizi narahat edir bu ad?”.

 

Aydın

Herbiand.az