Advertisment

Cənubi Koreya süni intellekt texnologiyası ilə təchiz olunmuş ilk hərbi bazasını açıb

Cənubi Koreya Müdafiə Nazirliyi Panqe şəhərində quru qoşunlarının süni intellektin inkişafı üçün ilk hərbi bazasını açıb.

Herbiand.az xəbər verir ki, bu barədə Yonhap nəşri yazıb.

Açılış mərasimində elmi ictimaiyyətdən və sənayedən təxminən 150 nümayəndə iştirak edib. Yeni mərkəz humanoid və çoxayaqlı robotların hazırlanması üçün məlumat toplayacaq və neyron şəbəkə modellərini tətbiq edəcək.

Nəşr bildirib ki, bu layihənin məqsədi fiziki süni intellekt texnologiyalarından istifadə edərək dünyanın ən yaxşı müdafiə mərkəzini yaratmaqdır.

Yonhap-ın məlumatına görə, Müdafiə Nazirliyi özəl sektor həllərini ordunun missiyaları ilə inteqrasiya etməklə ordunun texnoloji inkişafını sürətləndirməyə ümid edir. Proqramın bir hissəsi olaraq, silahlı qüvvələrin müxtəlif qolları və Birgə Qərargah Rəisləri ölkə daxilində daha bir neçə oxşar məntəqə yaratmağı planlaşdırır. Ümumilikdə, beş belə bazanın yaradılması planlaşdırılır.

Bəxtiyar CƏFƏRLİ