Advertisment

MWM: Ukrayna ordusundakı muzdluların yarısını kolumbiyalılar təşkil edir

Ukrayna şəxsi heyət çatışmazlığı səbəbindən xaricdən kömək axtarmaq məcburiyyətində qalır.

Herbiand.az bildirir ki, bu barədə Amerikanın "Military Watch Magazine" (MWM) nəşri yazıb.

Nəşr mənbələrə istinadən bildirir ki, hazırda Ukrayna Silahlı Qüvvələrində xarici muzdluların yarısını kolumbiyalılar təşkil edir: “Buna ən çox ispan dilində işə qəbul şəbəkələri təsir göstərir. Keçmiş hərbçilər və döyüş təcrübəsi olanları Ukraynaya yaxşı maaşlı işlər cəlb edir. Kolumbiyalı hərbçilər piyada və hücum bölmələri də daxil olmaqla müxtəlif vəzifələrdə xidmət ediblər. Burada kiçik bölmə taktikalarında təcrübə cəbhə xəttindəki ağır döyüşlərdə dəyərli ola bilər”.

MWM bildirib ki, Kolumbiyada üsyançı qruplar və narkotik kartelləri ilə onilliklər ərzində daxili münaqişələr zamanı qazanılmış real döyüş təcrübəsi olan çox sayda veteran var: “Keçmişdə bu döyüşçülər Yəmən və Sudandakı hərbi kampaniyalarda da iştirak ediblər”.

Bəxtiyar CƏFƏRLİ