Azərbaycan jurnalistlərinin IX qurultayının keçirilmə tarixi dəyişdirilib.
Herbiand.az xəbər verir ki, Azərbaycan jurnalistlərinin IX qurultayına hazırlıq üzrə Təşkilat Komitəsindən verilən məlumata görə, qurultay oktyabrın 16-da saat 09:00-da Rəşid Behbudov adına Mahnı Teatrında keçiriləcək.
Bildirilib ki, qurultayın əvvəlcə oktyabrın 15-də keçirilməsi nəzərdə tutulsa da, hazırlıq işlərinin daha səmərəli təşkili zərurəti nəzərə alınaraq tarix bir gün sonraya keçirilib.
Təşkilat Komitəsi Mətbuat Şurasının üzvü olan təşkilatları qurultaya nümayəndələrin və Şuranın İdarə Heyətinə namizədlərin təqdim edilməsi prosesini sürətləndirməyə çağırıb.
Qeyd olunub ki, bunun üçün Mətbuat Şurasının rəsmi internet səhifəsindəki “Azərbaycan jurnalistlərinin IX qurultayı” bölməsində yerləşdirilən təlimata uyğun olaraq anketlər doldurulmalı və şəxsən Mətbuat Şurasına təqdim edilməli və ya info@presscouncil.az elektron poçt ünvanına göndərilməlidir.
Nümayəndələrin və namizədlərin təqdim edilməsi prosesi oktyabrın 12-də başa çatacaq.
Qurultay oktyabrın 16-da saat 09:00-da öz işinə başlayacaq.