Advertisment

Rusiya ən son T-14 tankını modernləşdirir

Rusiyanın T-14 “Armata” əsas döyüş tankının Ukraynadakı döyüş zamanı əldə edilən təcrübələrə əsasən təkmilləşdirilməsi davam etdirilir.

Herbiand.az bildirir ki, bu barədə "Uralvagonzavod" tank istehsalı şirkətinin baş direktoru Aleksandr Potapov açıqlayıb.

Texnika həmçinin, Rusiya Silahlı Qüvvələrində mərhələli əməliyyat sınaqlarından keçir.

Baş direktorun sözlərinə görə, “Armata” üçün bir sıra təkmilləşdirilmiş sursat növləri hazırlanıb: “Onların performansını yaxşılaşdırmaq və döyüş təcrübəsinə əsaslanaraq tankın sursat yükünü optimallaşdırmaq üçün əlavə işlər görülür”.

Bəxtiyar CƏFƏRLİ