Rusiyanın Penza vilayətində magistral qaz kəmərində baş verən partlayışın səbəbi məlum olub. Herbiand.az xəbrt verir ki, hadisəyə texnoloji prosesin pozulması səbəb olub. Bu bvarədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb.
“Belinski rayonunun Volçkovo kəndində texnoloji prosesin pozulması nəticəsində yüksək təzyiqli magistral qaz kəmərində qırılma baş verib”-deyə, məlumatda bildirilir.
Partlayışdan sonra alov sütunu 70 metr hündürlüyə qalxıb. Qaz kəməri bağlanıb.
Məlumata görə, fövqəladə hadisə barədə məlumat saat 11:00-da daxil olub. Hadisə yerinə yanğınsöndürmə və xilasetmə briqadaları, polis əməkdaşları, qəza qaz xidmətinin mütəxəssisləri, tibb işçiləri və elektrik şəbəkəsinin əməkdaşları göndərilib.
Qəzanın nəticələrinin aradan qaldırılmasına 34 nəfər və 12 texnika cəlb olunub.
Hadisə nəticəsində xəsarət alan olmayıb.
Qeyd edək ki, sözügedən boru kəməri Türkmənistan, Özbəkistan və Qazaxıstanın qaz yataqlarını Rusiya və Avropa ilə birləşdirir. Kəmərin uzunluğu təxminən 5 kilometrdir.
Aydın