“Qarabağ” futbol klubunda ayrılıq baş verib.
Ağdam təmsilçisindən Herbiand.az-a verilən məlumata görə, klubun İctimaiyyətlə əlaqələr və Media şöbəsinin rəhbəri Anar Hacıyev öz xahişi ilə vəzifəsindən ayrılıb.
Qeyd edək ki, Hacıyev 2023-cü ilin sentyabrından bu vəzifədə çalışırdı. O, “Qarabağ”dakı fəaliyyəti dövründə nüfuzlu Yohan Kroyf institutunun diplomunu alıb, eləcə də Avropa Klublar Birliyinin (ECA) İşçi qrupuna seçilib.