Advertisment

Qusarda evdə yanğın olub, bir nəfərin meyiti tapılıb

Qusar rayonunun Xuroba kəndində fərdi yaşayış evində yanğın baş verib.

Herbiand.az -ın məlumatına görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Yanğın qısa müddətdə söndürülüb, yaxınlıqdakı tikililər alovdan mühafizə edilib.

Yanğın yerində aparılan kəşfiyyat zamanı bir nəfərin meyiti aşkarlanıb.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.