Ukraynalılar son dörd ildə İspaniyada təxminən 2 milyard avro dəyərində daşınmaz əmlak alıblar.
Herbiand.az bildirir ki, bu barədə "Strana" nəşri yazıb.
“Son dörd ildə İspaniyada Ukrayna daşınmaz əmlakının alınmasının illik sayı təxminən 56% artıb. Dörd illik dövrdə təxminən 2 milyard avro dəyərində 14.399 yaşayış əmlakının alqı-satqı müqaviləsi bağlanıb ki, bunların yarıdan çoxu Valensiya Muxtar Birliyində, 38%-i isə Alikante əyalətindədir”, - nəşr İspaniya Notariat Baş Şurasının məlumatlarına istinadən daşınmaz əmlak üzrə ekspert Vitali Kotenkodan sitat gətirib.
30 iyun 2026-cı il tarixinə 353.009 Ukrayna vətəndaşının İspaniyada etibarlı yaşayış icazəsi var idi. Bunlardan 262.782-si müvəqqəti qorunma altında idi. Yaşayış əmlakının alınmasının təxminən 79%-i İspaniya sakinləri tərəfindən həyata keçirilib. Lakin ekspert izah edib ki, müvəqqəti qoruma altında olan ukraynalı İspaniya sakini ola bilər.
Bəxtiyar CƏFƏRLİ