Advertisment

Sabah Naxçıvanın bəzi küçə və məhəllələrində elektrik enerjisinin verilişi dayandırılacaq

Oktyabrın 13-də 110/35/10 kV-luq "Xalçaçılıq" yarımstansiyasından çıxan 19 nömrəli hava elektrik xəttində təmir işləri aparılacaq.

“Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, bu səbəbdən sabah saat 10:00-dan 12:00-dək 56, 59, 60, 61-ci məhəllələrində, Şəhriyar, Səməd Vurğun, Həsən Rəhmanov küçələrində, Hərbi Şəhərcik 1-də, Universitet şəhərciyində, Uşaq Xəstəxanasında, Perinatal Mərkəzdə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Qeyd edək ki, enerji təchizatı sisteminin etibarlılığının artırılması məqsədilə elektrik verilişi xətlərində və yarımstansiyalarda təmir-bərpa və yenidənqurma işləri mərhələli şəkildə davam etdirilir. İşlər başa çatdıqdan sonra qeyd olunan ərazilərdə yaşayan abonentlərin daha keyfiyyətli, fasiləsiz və dayanıqlı elektrik enerjisi ilə təmin olunması nəzərdə tutulur.