Advertisment

XİN: Yaponiya Rusiya əleyhinə fəaliyyətlərdən imtina etməlidir

Yaponiya ikitərəfli münasibətləri normal vəziyyətə qaytarmaq üçün Rusiya əleyhinə fəaliyyətlərdən imtina etməlidir.

Herbiand.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Üçüncü Asiya Departamentinin direktoru Lyudmila Vorobyeva və Yaponiya Xarici İşlər Nazirliyinin Avropa Departamentinin direktoru Kimitake Nakamura arasında aparılan danışıqlardan sonra bildirib.

Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Moskva ilə Tokio arasındakı münasibətlər Yaponiyanın dost olmayan siyasəti səbəbindən pisləşir: "Dövlətlərarası münasibətləri normal vəziyyətə qaytarmaq üçün real hərəkətlərlə dəstəklənən Rusiya əleyhinə fəaliyyətlərdən imtina etmək və Rusiyanın milli təhlükəsizliklə bağlı narahatlıqlarını nəzərə almaq vacibdir".

Bəxtiyar CƏFƏRLİ