Advertisment

İsrail Baş Qərargah rəisi İrana qarşı əməliyyatdan imtina edib

İsrail Müdafiə Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Eyal Zamir siyasi rəhbərliyin 27 oktyabrda Knessetə keçiriləcək seçkilərdən əvvəl İrana qarşı hərbi əməliyyat keçirmək əmri vermək cəhdinə qarşı çıxıb.

Herbiand.az bildirir ki, bu barədə İsrail televiziyasının 12-ci kanalı məlumat yayıb.

Məlumata görə, Zamir rəsmilərin mahiyyətini açıqlamadığı əməliyyata qarşıdır. O, hazırlanmış əmri yerinə yetirməzdən əvvəl Baş nazir Benyamin Netanyahudan bu addım üçün "hüquqi əsaslandırması olan yazılı sənəd" təqdim etməsini tələb edib.

Kanalın istinad etdiyi bir hərbi mənbə izah edib: "Bu, belə bir səhv hesablama ilə dolu olan son dərəcə həssas və dramatik bir anda İranla sürətli toqquşmaya səbəb ola biləcək bir addımdır."

Kanal həmçinin, digər məlumatlı mənbələrə istinadən hərbi rəhbərliyin, siyasətçilərin "İran məsələsindən öz siyasi maraqları üçün istifadə etməyə" çalışmalarından narahat olduğunu bildirib.

Bəxtiyar CƏFƏRLİ