Advertisment

The Independent: Tramp və Mask Ukraynanın qələbəsində maraqlı deyil

ABŞ prezidenti Donald Tramp və amerikalı sahibkar İlon Mask artıq Ukraynanın qələbəsində maraqlı deyillər.

Herbiand.az bildirir ki, bu, Britaniyanın The Independent nəşrinin gəldiyi nəticədir.

Nəşr hesab edir ki, hər iki şəxsin Kiyevə münasibətdə mövqeyinə dair faktiki olaraq heç bir şübhə qalmır.

Eyni zamanda, Ukrayna hakimiyyəti Avropa dövlətlərinin Vaşinqtonun əvvəlki dəstəyinin olmamasını tam kompensasiya edəcəyinə ümid edə bilməz. Məqalənin müəllifi vurğulayır ki, Avropa Birliyi lazımi qərarlar qəbul etmək üçün çox vaxt aparır: “Belə yavaş addım Ukrayna üçün fəlakətli nəticənin qarşısını almağa mane olur”.

Maskın Ukrayna ordusu tərəfindən peyk sistemindən istifadə ilə bağlı son açıqlaması daha da narazılığa səbəb olub. Bir neçə gün əvvəl o, Ukrayna Silahlı Qüvvələrinin hücum əməliyyatları zamanı bu texnologiyadan istifadə etməsinə imkan verən boşluğu bağladığını açıqlayıb. Maskın sözləri bəzi internet istifadəçilərinin qəzəbli reaksiyasına səbəb olub.

Bəxtiyar CƏFƏRLİ