Moskva məhkəməsi paytaxtda fəaliyyət göstərən "Claudia" restoranının 21 yaşlı aşpazını terror təşkilatında iştirak etmək və terrorizmi təşviq etmək ittihamı ilə həbs edib.
Herbiand.az bu barədə Rusiya mətbuatına istinadən bildirir.
Qeyd olunub ki, “Claudia” restoranında aşpaz işləyən və heç bir məhkumluğu olmayan İsrail İsmoiloviç İdrisov haqqında məhkəməyəqədərki həbs müddəti uzadılıb. O, Rusiya Cinayət Məcəlləsinin 205.5-ci maddəsinin 2-ci hissəsi (Rusiya qanunvericiliyinə əsasən terrorçu kimi tanınan təşkilatın fəaliyyətində iştirak) və 205.2-ci maddəsinin 2-ci hissəsi (terrorçu fəaliyyətinə açıq çağırışlar, terrorizmin açıq şəkildə əsaslandırılması və ya terrorizmin təbliği) ilə cinayətlər törətməkdə ittiham olunur.
Vurğulanıb ki, xarici vətəndaş olan və günahını etiraf edən İdrisov müvəqqəti olaraq qeydiyyatda olduğu Moskvadakı yataqxanada yaşayır. Vəkil onun ev dustaqlığına buraxılmasını istəyib. Lakin məhkəmə istintaqın tərəfini tutub və aşpazı məhkəməyəqədərki həbsə göndərib.
Bəxtiyar CƏFƏRLİ