Hindistan Müdafiə Nazirliyi Garden Reach Shipbuilders & Engineers (GRSE) və Goa Shipyard Limited (GSL) şirkətləri ilə səkkiz ədəd yeni nəsil NGC sinifli korvetlərin tikintisi üçün 5,6 milyard ABŞ dolları dəyərində müqavilələr imzalayıb.
Herbiand.az bildirir ki, GRSE beş, GSL isə üç korvet inşa edəcək.
Sazişlər Yeni Dehlidə müdafiə naziri Rajeş Kumar Sinqhin iştirakı ilə imzalanıb. Korvetlər müasir raket və artilleriya silahları, hava, suüstü və sualtı döyüşlər üçün nəzərdə tutulmuş sensor sistemləri ilə təchiz olunacaq.
Bəxtiyar CƏFƏRLİ